6 May 2022 10:42
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Ukraynada öz məqsədlərinə çatmayıb, lakin qonşu ölkəni məhv etməyə davam etməyə hazır olduğunu nümayiş etdirir, ona görə də müharibənin tezliklə bitməsinə ümid etməyin”.

Teleqraf.com xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolz çexiyalı həmkarı Peter Fiala ilə Berlində danışıqlardan sonra keçirdiyi birgə mətbuat konfransında deyib.

“Rusiyanın nümayiş etdirdiyi qoşun və texnikadan istifadə müharibənin yaxın gələcəkdə sona çatacağına ümid yaratmır. Ona görə də hamımızın indi silahların səssiz qalmasını, Rusiyanın qoşunlarını geri çəkməsini təkid etməyimiz vacibdir”, - Şolz bildirib.

O xatırladıb ki, Kiyev bəzi dövlətlərdən gələcək sülhün qarantı olmasını istəyib və əlavə edib ki, bu, həm də bizim artıq Ukrayna ilə çox konkret danışdığımız bir məsələdir”.

Almaniya hökumətinin başçısı vurğulayıb ki, işğalın Rusiya planlaşdırdığı məqsədlərindən heç birinə nail olunmayıb.

Onun fikrincə, Rusiya Federasiyası çox qısa müddətdə bütün Ukraynanı fəth etmək niyyətində idi: “Ukrayna ordusunun və xalqının böyük nailiyyəti ondan ibarətdir ki, onlar hücumu dayandırdılar, Rusiya qoşunlarını yenidən toplamalı oldu və hazırda bütün diqqətini Ukraynanın şərqində döyüşlərə yönəldib”.


Müəllif: Nemət

Oxşar xəbərlər