Noyabrın 26-da Ukraynanın Donetsk vilayətində ATƏT-in müşahidə qrupu qumbaraatan və zenit qurğusundan atəşə tutulub.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə ATƏT-in rəsmi açıqlamasında deyilir.
Hadisə ATƏT nümayəndələrinin Ukrayna hərbçilərinin müşahidəsi ilə iki nəzarət-keçid məntəqəsi arasında avtomobillərlə hərəkət etdikləri zaman baş verib. İnsident nəticəsində zərərçəkən olmayıb. Аtəşin kim tərəfindən və nə məqsədlə açıldığı barədə məlumat verilmir.