Rəsmi Kiyevin binaları tərk etmək barədə xəbərdarlığına məhəl qoymayan rusiyapərəst silahlılar şərqi Ukraynadakı hökümət binalarını zəbt etməyə davam edirlər.
Qorlivkada etirazçılar polis məntəqəsini zəbt edəndən sonra vəziyyət gərginləşib. Silahlı dəstələrin pəncərələri və avadanlıqları qırmasını göstərən videolar yayılıb.
Bundan savayı həmin şəhərdə Rusiya ordusunun polkovnik-leytenantı olduğunu iddia edən bir kişinin polislərə müraciəti də YouTube saytına yerləşdirilib.
Həmin kişi qara kurtka geyinmiş kişini təqdim edərək deyir ki, Qorlivka polisinin yeni başçısı o olacaq.