10 May 2022 16:48
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya kəşfiyyatının rəhbəri Paz Esteban məhkəmə icazəsi ilə bəzi separatçı Kataloniya siyasətçilərinin telefonlarını dinlədiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, İspaniyanı silkələyən casusluq qalmaqalından sonra kəşfiyyat rəhbəri vəzifəsindən azad edilib

İspaniyanın kəşfiyyat rəhbəri Paz Esteban bəzi yüksək səviyyəli siyasətçilərin cib telefonlarının Pegasus casus proqramları ilə izlənilməsinin üzə çıxmasından sonra işdən çıxarılıb.

“El Pais” qəzeti hökumətin İspaniya Milli Kəşfiyyat Mərkəzinin rəhbəri Estebanı vəzifəsindən azad etdiyini açıqlayıb. Esteban ötən həftə parlamentin iclasında məhkəmənin icazəsi ilə bəzi separatçı Kataloniya siyasətçilərinin telefonlarını dinlədiyini etiraf edib.

Ötən ay İspaniyanın Kataloniya muxtar vilayətində 60-dan çox separatçı siyasətçinin cib telefonlarının kəşfiyyat nümayəndələri tərəfindən dinlənilməsi xəbəri böyük reaksiyaya səbəb olub. Koalisiya tərəfdaşı olan Kataloniya ERC partiyası etimad mühiti yaranana qədər hökumətə dəstəyini geri götürdüyünü açıqlayıb.

İspaniya hökuməti isə baş nazir Pedro Sançes və müdafiə naziri Marqarita Roblesin mobil telefonlarında da Pegasus proqram təminatının tapıldığını bildirib.


Müəllif: Nemət

Oxşar xəbərlər