“Belarusda Ukrayna ərazisinə hücuma hazırlıq əlaməti görmürük. Heç bir xüsusi narahatlıq yoxdur. Birinci dəfə nəticə vermədi, ikinci dəfə buna getmək şansı yoxdu. Vəziyyət dəyişib”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Belarusdan Ukrayna ərazisinə hücum ehtimalını qiymətləndirərkən deyib.
Qoşunların yoxlanılması ilə bağlı bəyanatlar fonunda Belarusun Ukraynaya hücum ehtimalını şərh edən Arestoviç əmin edib ki, hücuma hazırlıq əlaməti gözə dəymir.
O qeyd edib ki, Belarusda minimum sayda rus qoşunu var, heç bir hücum qrupları yoxdur.
Qeyd edək ki, mayın 10-da Belarus NATO-nun müttəfiqlərdəki təlimləri ilə əlaqədar qoşunlarda gözlənilməz yoxlamaya başlayıb. Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Quleviç bəyan edib ki, Ukraynanın yaratdığı 20 min nəfərə qədər qrupa cavab olaraq Belarus guya sərhəddə xüsusi əməliyyatlar keçirib.