“Rus işğalçıları Ukraynada müharibəni davam etdirməyə çalışırlar. Çünki işğalçı ölkənin generalları arasında “xüsusi əməliyyat”ın uğursuzluqları ilə bağlı gizli qarşıdurma gedir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Ukrayna kəşfiyyatının iddiasına görə, Rusiya gizlətdiyi itkiləri “kompensasiya etmək” üçün orta məktəb məzunlarını müharibəyə göndərməyə hazırlaşır:
“Hazırda Kremlin Ukraynada müharibəni yaxın gələcəkdə bitirmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur. Rus ordudu cəbhədə ciddi itkilər verib. Orta məktəb məzunlarının əksəriyyətinin dərhal Ukraynadakı əməliyyat bölgələrinə göndərilməsi planlaşdırılır”.
Məlumatda deyilib ki, Rusiya logistika briqadalarının maşınlarının demək olar, 45%-ni əməliyyatlara cəlb edib. Rusların Ukraynada avtomobilləri oğurlamaqla avtoparkı doldurmağa çalışdıqları iddia edilib.
Kəşfiyyat xidməti həmçinin Rusiya Baş Qərargahının generalları arasında vəzifəsi bölgüsü qarşıdurmasının getməsi barədə məlumat yayıb:
“Xüsusi “hərbi əməliyyat”dakı uğursuzluq rus generalları arasında, xüsusən də Baş Qərargah daxilində gizli qarşıdurmanın güclənməsi üçün katalizator olub. Yüksək vəzifəli hərbçilərin uğursuzluqlara görə məsuliyyətdən boyun qaçırması qarşıdurmanın kəskin hal almasına gətirib çıxarıb”.