ABŞ-ın birinci xanımı Jill Bayden Ukraynaya qarşı genişmiqyaslı təcavüzü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, Amerika prezidentinin həyat yoldaşı Putinə müraciətini CNN telekanalının saytında dərc olunan köşəsində ünvanlayıb.
Xanım Bayden Slovakiya və Rumıniyada, eləcə də Ujqorodda ukraynalı qaçqınlarla görüşü barədə təəssüratlarını bölüşüb.
“Kədəri gözlərinlə görmək lazım deyil, çünki onu ürəyinlə hiss edirsən. Kədər üzünü pərdə kimi örtən bir şeydir”. - Birləşmiş Ştatların birinci xanımı deyib.
Onun sözlərinə görə, Ukraynanın birinci xanımı Alyona Zelenskaya onunla görüşündə Putinin qəddar aqressiyasından əziyyət çəkən ukraynalılara psixoloji yardım göstərməsinə köməklik göstərməsini xahiş edib:
“O, mənə qadınların və uşaqların zorlanmasından, dinc insanların güllələnməsindən və öldürülməsindən, evlərinin yandırıldığını görən çoxlu uşaqdan danışdı.
Cənab Putin, lütfən, bu mənasız və qəddar müharibəni dayandırın”.