12 May 2022 13:18
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya Baş naziri Boris Conson Rusiyanın Ukraynaya təcavüzü və Avropada təhlükəsizliklə bağlı artan narahatlıqlar fonunda NATO-ya qoşulmağı düşünən İsveç və Finlandiyaya səfər edib.

Teleqraf.com xəbər verir ki, Conson İsveçə səfəri zamanı İngiltərə və bu ölkə arasında təhlükəsizlik müqaviləsi imzalayıb.

Onun sözlərinə görə, müqavilə tərəflərin kəşfiyyat məlumatları və hərbi yardımı bölüşməsinə kömək edəcək.

“Bu gün ölkələrimizi bir-birinə yaxınlaşdıran və daha çox kəşfiyyat məlumatı bölüşməyimizə imkan verəcək qarşılıqlı təhlükəsizlik zəmanəti bəyannaməsini imzaladığımız üçün çox məmnunam”, - Conson deyib.

Conson bu müqavilə ilə İngiltərənin İsveçə hücuma məruz qalacağı təqdirdə hərbi yardım edə biləcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər