Dünya Rusiya lideri Vladimir Putini dayandıra bilməsə, Ukraynaya qarşı nüvə silahından istifadə edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Milli Demokratiya Fondunun prezidenti Deymon Uilson deyib.
O, Putinin atacağı addımları proqnozlaşdırmağın mümkün olmadığını da bildirib.
“Ukraynalılar onun niyyətini təsdiqləyən çox sayda kəşfiyyat məlumatları əldə etmələrinə baxmayaraq, heç kim onun Ukraynaya hücum edəcəyinə inanmırdı, amma o bunu etdi. Bir tərəfdən də, ruslar nüvə silahı ilə onları qorxutmağa çalışırlar. Baş verənlərdən qaçmağın yeganə yolu güc nümayiş etdirmək və Ukraynaya bu müharibəni dayandırmağa kömək etməkdir. Əgər taktiki nüvə silahından istifadənin qarşısını almaq istəyiriksə, təslim ola bilmərik. Biz günahkarı dayandırmalıyıq”, - Uilson bildirib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə bağlı niyyətindən əl çəkməyənə qədər hər şey mümkündür.