ABŞ Prezidenti Co Bayden yenə səhvə yol verərək vitse-prezident Kamala Harrisi ölkə prezidenti adlandırıb.
Teleqraf.com xəbər verir ki, Baydenin ABŞ-ASEAN sammitindəki bəyanatı Ağ Ev tərəfindən yayılıb.
Bayden bəyanatda qeyd edir ki, o, Hind-Sakit okean regionunun azad, açıq, sabit və təhlükəsiz olmasını istəyir.
“Məhz buna görə də mən prezident Harrisdən keçən ilin avqustunda bu regiona getməyi xahiş etdim”, - deyə Amerika Prezidenti bildirib.
Qeyd edək ki, mart ayında keçirdiyi mətbuat konfransında Bayden Kamala Harrisi ABŞ prezidenti adlandırmışdı.