16 May 2022 18:25
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Finlandiya və İsveçlə problemi yoxdur, onların NATO-ya daxil olması ölkə üçün təhlükə yaratmır, ancaq cavab reaksiya doğuracaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada KTMT sammitində bildirib.

“Rusiyanın bu dövlətlərlə problemi yoxdur, ona görə də bu mənada bu ölkələrin hesabına genişlənmə bizim üçün birbaşa təhlükə deyil, lakin bu ərazidə hərbi infrastrukturun genişlənməsi, şübhəsiz ki, bizim cavabımıza səbəb olacaq”, - deyə o vurğulayıb.

“Bu reaksiyanın necə olacağına Rusiya yaranacaq təhdidlərə əsaslanaraq qərar verəcək”, - Putin bildirib.

“Əslində problemlər heç nədən yaranır. Yaxşı, biz də buna uyğun reaksiya verəcəyik”, - deyə Rusiya dövlət başçısı bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər