17 May 2022 10:02
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları öz mövqelərini qoruyub saxlamağa və Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində raket və artilleriya atəşi zonasına daxil olmasının qarşısını almaq üçün Ukrayna ordusunun mövqelərinə zərbələr endirmək tapşırığını davam etdirməyə cəhd edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Məlumata görə, Belqorod Ukraynaya qarşı işğalçı müharibədə rus ordusunun əsas təchizat mərkəzidir. Rus qüvvələri xüsusən də Xarkov ətrafında - sərhəd yaxınlığındakı mövqelərini saxlamağa və Ukrayna qoşunlarının daha da şimala doğru irəliləməsinin qarşısını almağa çalışır.

Ruslar cənubdan Xarkova qədər geri çəkilmək üçün əks-hücuma cəhd edə bilər, amma bunun uğurlu olacağı ehtimalı azdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər