Türkiyə Finlandiya və İsveçin alyansa daxil olması ilə bağlı NATO-da danışıqların başlamasını bloklayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə mayın 18-də DPA agentliyi təşkilatdakı mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, çərşənbə günü Şimali Atlantika alyansı Finlandiya və İsveç səfirlərinin öz dövlətlərinin NATO-ya daxil olması üçün təqdim etdikləri ərizələri müzakirə etməyi planlaşdırıblar ki, bu da təşkilata qəbul prosesinin başlanğıcı ola bilərdi, lakin Ankaranın mövqeyi səbəbindən danışıqlar başlamayıb.
Agentlik yazır ki, Türkiyə tərəfi hazırda danışıqların başlamasını təsdiq edə bilməyəcəyini aydın şəkildə açıqlayıb.