NATO üzvləri İsveç və Finlandiyanın alyansa qəbul edilməsi prosesini sürətləndirməyin yollarını axtarırlar.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ NATO-dakı daimi nümayəndəsi Culiann Smit deyib.
"Yaxın aylarda onlar NATO-ya üzv olacaqlar", - deyə C.Smit bildirib.
Ətrafln sözlərinə görə, son həftələrdə NATO müttəfiqləri sözügedən ölkələrin alyansa qəbul edilməsi prosesini qısaltmaq yollarını axtarırlar. Bəzi hallarda NATO-ya qəbul edilmə prosesi təxminən bir il çəkə bilər, lakin Ukraynadakı vəziyyətə görə "bütün müttəfiqlər bu prosesin sürətləndirilməsi ilə razılaşır".
C.Smit əlavə edib ki, NATO Türkiyənin İsveç və Finlandiyanın alyansa qoşulması ilə bağlı şübhələrinə ciddi yanaşır, lakin müttəfiqlərin konsensusa gələ biləcəyinə inanır.