19 May 2022 20:45
2 494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xorvatiya prezidenti Zoran Milanoviç Türkiyənin İsveçin NATO-ya üzvlüyü ilə bağlı tələblərində haqlı olduğunu və bunun bu ölkənin alyansa üzvlüyünü çətinləşdirdiyini deyib.

Teleqraf.com xəbər verir ki, xorvat lider İsveçin bu tələbləri yerinə yetirə biləcəyindən əmin olmadığını bildirib.

“İsveç Türkiyənin istəklərini yerinə yetirsə, artıq köhnə İsveç olmayacaq. NATO-ya daxil olsa, əvvəlki ölkə olmayacaq”, - Milanoviç qeyd edib.

Prezident söyləyib ki, İsveç Türkiyənin tələblərinin yerinə yetirilməsinin “reputasiyasına” xələl gətirəcəyini düşünəcək, Ankara isə tələblərindən qətiliklə vaz keçməyəcək:

“Türkiyə özü üçün vacib olan şeyləri tələb edir. Buna görə də İsveçi dost olaraq görmür”.

Xorvatiya lideri Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı mövqeyinin Türkiyənin dövlət olaraq ciddiyyətini daha da gücləndirdiyini vurğulayıb.

Milanoviç Xorvatiyanın Bosniya-Herseqovinadakı xorvatların statusu ilə bağlı da eyni mövqedən çıxış etməli olduğunu qeyd edib:

“Bu, Bosniya-Herseqovinadakı xorvatların vəziyyətindən tamamilə fərqli olaraq, türk ləyaqətinin bir nümunəsidir. Biz də öz maraqlarımız üçün mübarizə aparmalıyıq. Burada isə zərər görən tərəf Türkiyə olmayacaq”.

Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi Türkiyə ilə yanaşı, Xorvatiyada da mübahisə yaradıb. Bu məsələ Zoran Milanoviçlə hökumət arasında müzakirələrə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər