Ukrayna Silahlı Qüvvələrinin 80-ci Əlahiddə Hücum Briqadasının hərbçiləri Rusiyaya məxsus iki tankı məhv ediblər. Atışlar Ukrayna və Amerika zenit silahlarından - müvafiq olaraq “Stuqna-P” və “Javelin”dən açılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb.
“Ukraynalı paraşütçülər iki rus tankını yandırıblar. Ukrayna Silahlı Qüvvələrinin 80-ci Əlahiddə Hücum Briqadasının desantları rus işğalçılarının tanklarını effektiv şəkildə məhv etməkdə davam edir”, - açıqlamada bildirilib.
Tanklar əvvəlcə “Stuqna-P”dən, daha sonra “Javelin”dən açılan uğurlu atəşlə məhv edilib.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının son məlumatına görə, işğalın başladığı fevralın 24-dən bəri rus ordusunun 1263 tankını sıradan çıxarıblar.
Bunlardan 9-u son sutka ərzində partladılıb.