20 May 2022 17:54
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyada qızdırma ilə xəstələnmə hallarının sayı 2,2 milyonu keçib, gün ərzində 263 mindən çox yeni şəxs yoluxub, iki nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi xəbər yayıb.

Bir gün əvvəl Şimali Koreyada 262 mindən çox yoluxma hadisəsi qeydə alınıb. Ölənlərin ümumi sayı 65-ə çatıb. Mayın 19-na olan məlumata görə, 1,5 milyona yaxın xəstə sağalıb, 750 minə yaxınının müalicəsi davam etdirilir.

Bundan əvvəl Şimali Koreya pandemiyanın başlanmasından bəri ilk dəfə ölkədə koronavirusa yoluxma hallarının aşkar edildiyini açıqlayıb. Koreya Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, aprelin sonundan etibarən ölkədə “naməlum qızdırma” yayılmağa başlayıb. Şimali Koreyanın bir sıra dövlət KİV-lərində yayılan məlumatlardan belə nəticəyə gəlmək olar ki, ölkədə koronavirus yayılır, lakin qızdırması olan xəstələrin neçə faizinin COVID-19-a yoluxması ilə bağlı dəqiq məlumat verilmir.


Müəllif: Səxavət

Oxşar xəbərlər