20 May 2022 16:27
1 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mariupol şəhərində Azovstal polad zavodunda mühasirədə olan ukraynalı əsgərlərə Kiyev müharibəni dayandırmaq əmri verib. Bu barədə mühasirədə qalan qoşunlara rəhbərlik edən batalyon komandiri məlumat verib.

Teleqraf.com xəbər verir ki, Ukraynada Rusiya Prezidenti Putinin göstərişi ilə başlayan müharibənin artıq 12-ci həftəsidir.

Dünyanın gözü və qulağı həftələrlə mühasirədə olan Azovstal polad zavodundadır. Rus qüvvələrinə müqavimət göstərən əsgərlər üçün Kiyev öz qərarını verib. Kiyev əsgərlərə müharibəni dayandırmaq əmri verib.

Ukraynanın öz əsgərlərinə verdiyi bu əmrdən sonra bütün şəhərin Rusiyanın əlinə keçdiyi bildirilir. Bu vəziyyət Rusiya üçün çox vacibdir, çünki Putinin əmri ilə başlayan müharibədə Rusiya qüvvələri hələ bütöv bir Ukrayna şəhərini ələ keçirə bilməmişdi.

Putin rus qoşunlarına bölgəni mühasirəyə almağı əmr etmiş və “milçək belə uçmasın” göstərisini çatdırmışdı. Rusiya liderinin bu addımı həftələr sonra nəticəsini vermiş kimi görünür.

Rusiya bu yaxınlarda təslim olduqdan sonra Azovstal Polad Zavodundan təxliyə edilən əsgərlərin Donetsk vilayətindəki keçmiş həbsxana kompleksinə yerləşdirildiyini açıqlamışdı.

Ukrayna Müdafiə Nazirliyinin verdiyi son açıqlamada Ukrayna qəhrəmanlarının ən qısa zamanda evlərinə qayıtması üçün əsir mübadiləsinə ümid ifadə olunub.


Müəllif: Nemət