24 May 2022 09:59
1 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujni 2022-ci ildə dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edilib.

Teleqraf.com xəbər verir ki, general “The TIME” jurnalının liderlər kateqoriyası üzrə dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edilib.

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı haqqında məqaləni ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisinin Birgə Komitəsinin sədri, general Mark Mille yazıb.

“İkinci Dünya Müharibəsinin küllərindən sonra dünya ictimaiyyəti növbəti qlobal müharibənin qarşısını almaq üçün bir araya gəldi. Bütün xalqların xeyrinə və sülhün qorunması üçün bir sıra beynəlxalq qaydalar və normalar yaradılıb. 77 il ərzində müqayisə oluna bilən qlobal münaqişə olmayıb. Lakin Rusiyanın Ukraynanı səbəbsiz və qeyri-etik işğalı bu qaydalara ağır zərbə vurdu. Bu xaosun içində Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ölkəsinə lazım olanın hərbi ağıl olduğunu sübut etdi. Onun rəhbərliyi Ukrayna Silahlı Qüvvələrinə ruslara qarşı döyüş meydanında təşəbbüslə tez uyğunlaşmağa imkan verdi”, - ukraynalı general haqqında yazılan məqalədə qeyd edilir.

Vurğulanır ki, böyük dövlətlər arasında müharibə potensialı artır və vətənlərini Rusiyanı təcavüzündən qoruyan ukraynalılar inanılmazdır: “General Zalujnı bu səylərin arxasında dayanır, döyüşdə liderliyin yükünü daşıyır. Onun işləri tarixə düşəcək”.


Müəllif: Nemət

Oxşar xəbərlər