25 May 13:26
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qüvvələri son sutka ərzində Rusiyanın 100 hərbçisini və bir təyyarəsini məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Fevralın 24-dən mayın 25-dək rus ordusunun ümumi döyüş itkiləri təxminən belədir:

Canlı qüvvə - 29 450 nəfər

Tank – 1305 ədəd

Zirehli döyüş maşını – 3213 ədəd

Təyyarə - 206 ədəd

PUA – 491 ədəd

Nəqliyyat vasitəsi – 2217 ədəd

Xüsusi texnika – 44 ədəd.

Həmçinin, tammiqyaslı işğalın əvvəlindən rusların 606 artilleriya sistemi, 201 yaylım atəş sistemi, 93 hava hücumundan müdafiə sistemi, 170 helikopter, 112 qanadlı raket və 13 gəmisi məhv edilib.

Məlumatda bildirilib ki, gün ərzində rusların ən böyük itkiləri Limanski istiqamətində qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu