25 May 2022 13:55
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Milli Təhlükəsizlik Şurası ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə mayın 26-da keçiriləcək iclasında Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərini, eləcə də Ukraynadakı vəziyyəti müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” yazır.

Qeyd olunur ki, İraqın şimalında antiterror əməliyyatı zonasında vəziyyət və qonşu Yunanıstanın hərbi arsenalının artırılması da müzakirə olunacaq.

Bundan əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Türkiyə bu ölkələrin NATO-ya daxil olmamışdan əvvəl fikir ayrılıqlarını aradan qaldırmaq üçün Finlandiya və İsveçdən yazılı zəmanət almaq istəyir.


Müəllif: Səxavət

Oxşar xəbərlər