26 May 2022 10:27
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Ukraynaya “Spayk” raketlərinin tədarükünə qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

İddiaya görə, İsrail Ukraynanın Almaniyada İsrail texnologiyası əsasında istehsal edilən “Spayk” tank əleyhinə raketləri tələblərini rədd etdiyini ABŞ tərəfinə çatdırıb.

Məqalədə qeyd olunub ki, İsrail Müdafiə Nazirliyinin rəsmisi Amir Eşel iki həftə əvvəl Vaşinqtonda ABŞ müdafiə nazirinin müavini Kolin Kalla görüşərək iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə edib. Eşel görüşdə bildirib ki, ölkəsi belə bir addımla razılaşmayacaq, çünki İsrail Ukraynaya ancaq öldürücü olmayan hərbi texnika verir.

İsrailin yüksək rütbəli rəsmisi nəşrə deyib ki, Təl-Əviv rus hərbçilərinin İsrail silahları ilə öldürüləcəyindən narahatdır və bu, Rusiyanın Təl-Əvivin Suriyadakı təhlükəsizlik maraqlarına zərər vurmasına səbəb ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər