26 May 2022 15:57
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynanı Vladimir Putinə güzəştə getməyə məcbur etmək üçün qərbli mütəxəssislərə rüşvət verir. Onların arasında italyan generalı Leonardo Trikariko da var.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.

“İtaliya Hərbi Hava Qüvvələrinin keçmiş baş qərargah rəisi Kremlin “Rusiyanın böyüklüyü” haqqında mifini təbliğ edir və dünyaya qarşı nüvə şantajına əl atır”, - açıqlamada bildirilib.

İtalyan general Avropa İttifaqını “Ukraynanın müharibədə qalib gələcəyi ideyası”ndan imtina etməyə çağırıb. Onun sözlərinə görə, Aİ-nin Ukrayna Silahlı Qüvvələrin köməyi Rusiyanı kütləvi qırğın silahlarından istifadə etməyə təhrik edə bilər.

Trikariko müharibənin davam etməsində Ukraynanı günahlandırıb. Generalın fikrincə, Ukrayna Prezidenti Zelenski müharibənin dayanması üçün işğalçıya güzəştə getməlidir. Beləliklə, Trikariko açıq şəkildə Ukraynanı Rusiyaya təslim olmağa çağırıb.

İtalyan generaldan əvvəl ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer də Ukraynanın təslim olmalı olduğunu deyib. Onun sözlərinə görə, Ukraynadan hətta güzəşt tələb edilsə belə, Rusiya ilə danışıqlara getməlidir.

Buna cavab olaraq, Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Kissinceri “Davos panikeri” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər