27 May 2022 00:39
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərbə Ukraynaya orta və uzaq mənzilli silahlar verməmək barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə nazir "RT Arabic" telekanalına müsahibəsində bildirib.

"Rusiyanın ərazisinə zərbələr endirməyə qadir olan silahların tədarükü qəbuledilməz eskalasiyaya doğru bir addım olacaq, ümid edirik ki, Qərbdəki sağlam qüvvələr bunu başa düşəcəklər", - Sergey Lavrov deyib.

Nazir vurğulayıb ki, Zelenski açıq şəkildə bu cür silahları tələb edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər