Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən günlərdə xalqa müraciətində ölkənin cənubunda terror ünsürlərinin məhv edilməsi məqsədi ilə yeni hərbi əməliyyatların başlaya biləcəyini açıqlamışdı.
Teleqraf.com xəbər verir ki, yeni antiterror əməliyyatından narahat olan PKK terror təşkilatının siyasi qolu HDP-nin sözçüsü Ebru Günay Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlarını “soyqırımı” adlandırıb.
Günay Türkiyədəki siyasi qüvvələrə səslənərək türk ordusuna qarşı durmaq üçün dəstək istəyib.
Türkiyə ordusuna iftirasını davam etdirən HDP-nin sözçüsü mövzu ilə bağlı çıxışında bunları deyib:
“Bu, kürdləri soyqırıma məruz qoymaq deməkdir. Demokratiyanın bütün qüvvələri, ziyalılar, sənət adamları ayağa qalxmalıdırlar”.