ABŞ-da qaradərili gənci öldürən polisin azadlığa buraxılmasından sonra baş verən etirazlara xaricdən də dəstək gəlir.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, irqçilik əleyhinə nümayişlərdə fergusonlulara ən böyük dəstək fələstinlilərdən gəlib. Yayılan məlumatlara görə, fələstinlilər işğal edilmiş və qana bulaşmış Qəzzanın Fergusonla həmrək olduğunu bidirirlər. ABŞ-da qara vətəndaşların yaşadığı diskriminasiyanı İsrailin özlərinə qarşı irqçi mövqeyinə bənzədən fələstinlilər, sosial mediada dəstək kampaniyası başlayıb.
Digər tərəfdən Fələstin Xalq Qurtuluş Cəbhəsi (FHKC) də Ferguson və ABŞ-da keçirilən irqçi ayrı-seçkiliyi qınayaraq, zülmə qarşı müqavimətə dəstək verdiklərini açıqlayıb.
Samir