1 İyun 2022 01:53
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin iqamətgahı dövlətin xeyrinə müsadirə edilib.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Əmlakının İdarə Edilməsi Fondunun (SPMF) nümayəndəsi bildirib: “Almazbek Atambayevə məxsus Çuy vilayətinin Alaməddin rayonunun Koy-Taş kəndində 2,70 hektar torpaq sahəsində ev müsadirə olunaraq dövlət mülkiyyətinə keçirilib”.

Kompleksdə ahıllar üçün stasionar müəssisə yaradılacaq.

2011-2017-ci illərdə Qırğızıstan prezidenti olmuş Atambayev 2019-cu ilin iyununda prezident toxunulmazlığından məhrum edilib və korrupsiya ittihamı ilə üzləşib. Daha sonra ona Bişkekin mərkəzində kütləvi iğtişaşların təşkilində də ittiham irəli sürülüb. 2020-ci il iyunun 23-də Bişkekin Pervomayski Rayon Məhkəməsi Atambayevi 2013-cü ildə kriminal ünsür Əziz Batukaevin qanunsuz azadlığa buraxılması işi üzrə əmlakı müsadirə olunmaqla 11 il 2 ay müddətinə azadlıqdan məhrum edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər