1 İyun 2022 21:56
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları yenidən Kiyevə hücuma hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev Terrordan Müdafiə Briqadasının nümayəndəsi Andrey Kovalev bildirib.

Onun sözlərinə görə, Ukraynanın şimal sərhəddində, Belarusda rus qoşunlarının yeni bölmələri yenidən cəmləşib.

“Bundan əlavə, düşmənin pilotsuz təyyarələri ölkəmizin sərhədini keçərək kəşfiyyat aparıb. Kiyevə raket hücumları təhlükəsi qalmaqdadır. Kiyev üçün terror əməliyyatı təhlükəsi, ballistik və qanadlı raketlərdən atəşə tutulma təhlükəsi var", deyə Kovalev bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər