2 İyun 2022 12:31
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Alyona Zelenskaya Rusiyanın ölkəsinə müdaxiləsi ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, xanım Zelenskaya ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerin “Ukrayna Rusiya ilə sülh razılaşması əldə etmək üçün bəzi torpaqlarından imtina etməlidir” sözlərinə etiraz edib.

“Ukrayna siyasətçilərin bəzi bəyanatlarını normal qəbul edə bilməz. Rusiyaya torpaq vermək azadlıqdan imtina etmək kimidir. Biz öz torpağımızdan əl çəksək belə, Rusiya hücumlarını davam etdirəcək. Rusiya Prezidenti Vladimir Putin işğala son qoymayacaq".

Ukraynanın birinci xanımının Rusiya ordusunun Donbasda başladığı yeni irimiqyaslı işğal əməliyyatına reaksiyası belə olub:

“Donbas yenidən Ukraynanın olacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər