2 İyun 2022 17:29
1 064
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK/YPG terror təşkilatının Suriya uzantısı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri “Mazlum Kobani” adlı Fərhad Abdi Şahin Türkiyənin bölgədə onlara qarşı keçirəcəyi yeni antiterror əməliyyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Kobani də digər terrorçular kimi ABŞ və Rusiyaya çağırış edərək, Türkiyənin dayandırılmasını xahiş edib.

“Digər aktorlar Türkiyənin əməliyyat təhlükəsi qarşısında gərginliyi azaltmalıdırlar”, - terrorçuların başçısı bildirib.

“Suriyanın şimalında böyük risk yaradan yeni türk təhdidlərindən narahatıq” deyən Fərhad Abdi Şahin adlı terrorçu qeyd edib: “Hansısa hücum Suriyanı böləcək və yeni humanitar böhran yaradacaq. İŞİD-ə qarşı aparılan mübarizəyə də pis təsir edəcək”.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən partiyasının (AKP) iclasında əməliyyat mesajını təkrarlayıb və hədəfin Təl-Rıfat və Mənbiç olduğunu bildirib.

Fərhad Abdi Şahin adlı terrorçu Murad Karayılan, Duran Kalkan və Abdullah Övalan kimi PKK terrorçularının yanında yetişib. Daha sonra ABŞ-ın layihəsi olduğu iddia edilən SDQ-nin başına gətirilib. “Mazlum Kobani” adını alan Şahin PKK lideri Abdullah Öcalanın “mənəvi oğlu” kimi də tanınır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər