3 İyun 2022 13:20
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Camal Qaşıqçının öldürülməsinə cavab olaraq Səudiyyə Ərəbistanını təcrid etməyə "and içən" ABŞ Prezidenti Co Bayden benzinin qiymətini aşağı salmağa və Rusiyanı izolyasiya etməyə çalışmaq və neftlə zəngin krallıqla münasibətləri bərpa etmək məqsədilə iyunda Ər-Riyada səfər etmək qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti yazıb.

Məlumata görə, ABŞ prezidenti Ər-Riyada səfəri zamanı “Vaşinqton Post” qəzetinin yazarı Camal Qaşıqçının qətlinə görə ittiham etdiyi vəliəhd Məhəmməd bin Salmanla görüşəcək.

Bayden digər ərəb ölkələrinin, o cümlədən Misir, İordaniya, İraq və BƏƏ liderləri ilə də görüşəcək.

Nəşrin ekspertlərinin fikrincə, səfər real siyasətin mənəvi qəzəb üzərində qələbəsidir. Ukrayna müharibəsindən sonra Bayden Rusiya neftini əvəz etmək və dünya bazarlarını sabitləşdirmək üçün digər enerji istehsalçılarının cəlb edilməsini zəruri hesab edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC+ bundan əvvəl iyul və avqust aylarında hasilatı bir qədər artıracağını açıqlayıb. Qərar qiymətlərin yenidən aşağı düşməsinə səbəb ola bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər