3 İyun 2022 22:09
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran ordusunun (SEPAH) “Qüds” qüvvələrinin komandanlarından biri polkovnik Əli İsmayılzadə paytaxt Tehran yaxınlığındakı Kərəc şəhərindəki evində ölü tapılıb.

Teleqraf.com xəbər verir ki, sui-qəsd iddiaları təkzib edilib, İsmayılzadənin evində baş verən qəza nəticəsində vəfat etdiyi bildirilib.

Digər tərəfdən hadisə İranda son bir həftədə ikinci polkovnik ölümü olaraq qeydə alınıb.

İran dövlət televiziyası polkovnik İsmayılzadənin sui-qəsd nəticəsində öldüyü iddialarını təkzib edib. Olayla bağlı polkovnikin evində araşdırmalara başlanıldığı bildirilib.

SEPAH-ın komandirlərindən biri polkovnik Həsən Səyyad Xudayi ötən həftə Tehranda evinin qarşısında öldürülüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər