4 İyun 2022 00:38
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan və Tacikistan sərhəddəki qüvvələrini geri çəkmək barədə razılıq əldə ediblər.

Teleqraf.com xəbər verir ki, tərəflər həmçinin mühəndis strukturlarının sökülməsinə dair razılığa gəliblər. .

Danışıqlar zamanı tərəflər razılaşmaların yerinə yetirilməsi, münaqişənin genişlənməsinin qarşısının alınması və bütün yaranan məsələlərin danışıqlar yolu ilə həll edilməsinin zəruriliyini təsdiqləyiblər.

Qeyd olunur ki, Qırğızıstan və Tacikistanın sərhəd zastavalarının rəhbərləri əlavə qüvvə və vasitələrin dövlət sərhədi xəttindən çıxarılmasına nəzarət edəcəklər.

Bundan əvvəl Qırğızıstan və Tacikistan sərhədində yenidən atışmanın başladığı bildirilirdi .


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər