4 İyun 2022 08:29
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın terror təşkilatlarına, xüsusilə PKK, FETÖ və DHKP-C-yə verdiyi dəstək, həmçinin Türkiyənin Afinadakı səfirliyi yaxınlığında təşkil edilən PKK nümayişi ilə əlaqədar Yunanıstanın Ankaradakı səfiri Kristodoulos Lazaris Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata əsasən, Türkiyənin bu məsələyə baxışı və reaksiyası Yunanıstan səfirinin diqqətinə çatdırılıb.

K.Lazarisə sözügedən terror təşkilatlarının Yunanıstanda asanlıqla təbliğat, maliyyə fəaliyyətləri həyata keçirdikləri və Yunanıstanın terrorçu dairələr üçün etibarlı sığınacaq olduğu bildirilib.

Bundan əlavə, K.Lazarisə Türkiyənin təhlükəsizliyini təhdid edən terrorçuların hər cür logistika və təlim imkanlarından istifadə etdiyi Lavrion düşərgəsi nümunəsi göstərilib.

Yunanıstanın səfirinə terror qruplaşmaları, xüsusilə PKK tərəfindən Türkiyəyə qarşı siyasi aksiyaların təşkilinin yolverilməzliyi barədə məlumat verilib.

Yunanıstandakı Türkiyə nümayəndəliklərinin və vətəndaşlarının təhlükəsizliyi ilə bağlı səfir K.Lazarisə narahatlıq ifadə olunub və terrorizmlə mübarizədə səmərəli əməkdaşlıq gözləntiləri təsdiqlənib.

Yunanıstanın terrorla mübarizədə mehriban qonşuluq münasibətlərindən və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər