4 İyun 2022 21:51
4 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Liman şəhərini Yer üzündən siliblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev vilayəti Milli Polisi məlumat yayıb.

Limanın meri Aleksandr Juravlev bildirib ki, şəhər tamamilə işğal olunub: “Orada 7,5 min nəfərə yaxın sakin var. Onları evakuasiya etməyə hələ imkan yoxdur. Qaz, su, işıq yoxdur. Şəhər sadəcə mövcud deyil, Rusiya hərbçiləri onu tamamilə dağıdıblar”, - o vurğulayıb.

Qeyd edək ki, Rusiya hərbçiləri mayın 30-da Severodonetsk əyalətinə daxil olublar və Limanda möhkəmləniblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər