5 İyun 2022 09:55
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 5-də səhər saatlarında Kiyevdə bir neçə güclü partlayış baş verib.

Teleqraf.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, paytaxtının şərq hissəsində təxminən beş partlayış səsi eşidilib. Şəhərin meri Vitali Kliçko bildirib ki, partlayışlar Kiyevin Darnitski və Dneprovski rayonlarında baş verib.

"Xidməti orqanlar artıq hadisə yerində işləyirlər. Daha ətraflı - sonra", - mer bildirib.

Hadisə şahidlərinin sözlərinə görə, partlayışlar nəticəsində yanğınlar başlayıb və şəhərə raket zərbələri endirilib.


Müəllif: Ruslan

Oxşar xəbərlər