5 İyun 2022 14:13
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniya Müdafiə Nazirliyi Ukraynadakı müharibə ilə bağlı gündəlik hesabatında Ukrayna hərbçilərinin Severodonetskdə əks-hücum əməliyyatı barədə məlumat yayıb.

Britaniya hərbi kəşfiyyatına görə, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Rusiya qüvvələrinin hücumunun sürətini ləngidib.

Hesabatda həmçinin qeyd olunur ki, Rusiya Severodonetsk uğrunda gedən döyüşlərdə “LXR” qüvvələrinin zəif təlim keçmiş və təchiz edilmiş ehtiyat qüvvələrindən istifadə edir ki, bu da yəqin ki, rus hərbçiləri arasında itkiləri azaltmaqdır.

İngilis ordusuna görə Rusiya Federasiyası Suriyada oxşar taktikalardan istifadə edib.

Luqansk vilayətinin administrasiyasının rəhbəri Sergey Qayday bildirib ki, Severodonetskin 70%-nə nəzarət edən Rusiya hərbçiləri son iki gündə geri çəkilib, indi isə şəhər yarıya bölünüb. Onun sözlərinə görə, Rusiya ordusu çoxlu sayda şəxsi heyətini itirib, səkkiz rus əsir götürülüb. Eyni zamanda, bütün ehtiyatlar Severodonetsk və Lisiçansk-Baxmut magistral yolunu tutmağa yönəlib.

Rusiya Müdafiə Nazirliyi Ukrayna silahlı qüvvələrinin “kritik itkilər verdiyini” və şəhərdən geri çəkildiyini iddia edib.

Severodonetsk 2014-cü ildə Luqansk separatçıların nəzarətinə keçdikdən sonra Ukraynanın Luqansk vilayətinin inzibati mərkəzinə çevrilib. Severski Donets çayının o biri sahilində yerləşən qonşu Lisiçansk Ukrayna qoşunlarının nəzarətindədir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər