6 İyun 2022 20:12
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsraildən sığınacaq istəyən iranlı jurnalist Neda Amin deportasiya ediləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin daxili işlər naziri Ayelet Şaked əmr imzalayıb.

Sərəncam Baş Təhlükəsizlik Xidmətinin güclü tövsiyəsinə əsaslanır. Bildirilir ki, İsraildə olan Amin təhlükəsizlik xidmətlərinin sərt tövsiyələrinə əməl etməyərək İran kəşfiyyatının nümayəndələri ilə əlaqə saxlayıb.

Aminin işinə baxan bütün digər strukturlar ona qaçqın statusunun verilməsini tövsiyə ediblər.

Neda Amin 2014-cü ildə ölüm cəzası ilə hədələndiyi üçün İrandan Türkiyəyə qaçıb. O, son illərdə İsrailin "Times of Israel" nəşrinin saytında fars dilində köşə yazıları yazıb.

Nə üçün İsrail mediası üçün yazmağı seçdiyini soruşduqda, Amin belə cavab verdi: “Mən İsraili sevirəm. Atamın anası yəhudi idi. Mən heç vaxt İran rejiminin İsrail əleyhinə səsləndirdiyi şüarları dəstəkləməmişəm və həmişə ivrit dilində yazmağı xəyal etmişəm”.

Amin Türkiyə rəsmiləri onu İrana deportasiya etmək istədikləri İsrailə sığınıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər