7 İyun 2022 08:28
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun bölmələri Ukraynanın Xerson şəhərindən 30 kilometr məsafədə yerləşən Blaqodatnoye kəndini tərk ediblər.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Rus qoşunları Blaqodatnoyeni tərk etdi və kənd Xersona çox yaxındır. Amma bu, təşviş qaçışı deyil, manevrdir. Onlar Xerson istiqamətində, sağ sahil hərbi qruplaşmasını gücləndirdilər", - Arestoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar Rusiyanın bütün hərbçiləri Blaqodatnoyedən Xerson vilayətinin başqa hissəsinə köçürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər