7 İyun 2022 11:09
493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan Rusiyanın beynəlxalq təcrid səbəbindən “Rosneft”in təklif etdiyi əhəmiyyətli endirimlərdən istifadə edərək, Rusiya neftinin idxalını ikiqat artırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Amerikanın "Bloomberg" agentliyi Hindistanın dövlət şirkətlərinin planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

“Dövlət neft emalı zavodları danışıqları başa çatdırmaq və Rusiya neftinin Hindistana tədarükü üçün yeni altı aylıq müqavilələr bağlamaq üçün birgə işləyirlər”, - nəşr yazır.

Bildirilir ki, hazırda neftin daşınması və sığortası məsələləri müzakirə olunur.

Qeyd edək ki, ötən həftə ABŞ Dövlət Departamenti İtaliyanın “Eni SpA” neft şirkəti və İspaniyanın “Repsol SA” şirkətlərinə Venesueladan neft alışının bərpasının mümkünlüyü barədə məktub göndərib. Bu, Rusiyadan idxalın dayandırılmasını kompensasiya etməli və Avropanın enerji bazarında kəsiri müəyyən qədər azaltmalıdır.


Müəllif: Nemət

Oxşar xəbərlər