7 İyun 2022 21:43
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiya Prezidenti eynicinsli nikahlar haqqında qanunu imzalamaqdan imtina edəcəyini bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Elan etmək istərdim ki, əgər həqiqətən belə bir qanun mənim masamda olarsa, ona veto qoyacağam. Eynicinsli cütlüklər qeydiyyatdan keçmiş tərəfdaşlığın bütün üstünlüklərinə malikdirlər. Amma ailə qadınla kişi birliyidir. Dövrün eynicinsli cütlüklərin uşaq sahibi olmağa qədər getdiyini hələ eşitməmişəm. Oxudum ki, guya 90 növ (insan) cinsi var. Çox diqqətlə saydım, amma indiyə qədər yalnız iki cinsi (kişi və qadın) tapdım. Mən buna (bəyanata) ömrümün sonuna qədər sadiq qalacağam” deyə, Miloş Zeman bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər