8 İyun 2022 12:16
1 954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbçiləri tərəfindən Mariupoldakı “Azovstal” zavodunda ələ keçirilən mindən çox ukraynalı hərbi əsir istintaq üçün Rusiyaya aparılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “TASS” Rusiya hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Yaxın günlərdə ukraynalı hərbi əsirlərin daha bir hissəsinin Rusyaya göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, “Azovstal”ın müdafiəçiləri iki aya düşmən qüvvələrinə müqavimət göstəriblər.

Azovstalda olan hərbi əsirlərin sayı 2500 nəfərdən az deyil.


Müəllif: Nemət

Oxşar xəbərlər