9 İyun 2022 11:03
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün revanşist erməni müxalifətinin təmsil olunduğun Müqavimət Hərəkatı Fransa meydanından yürüşə başlayacaq.

Teleqraf.com-un xəbərinə görə, dünən Ermənistan parlamentinin müxalifətçi vitse-spikeri İşxan Saqatelyan deyib ki, aksiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün gələn Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri ilə şərtlənir.

Saqatelyan iddia edib ki, erməni xalqı artıq öz gündəliyini formalaşdırıb və bu gündəlik hazırda Ermənistanın küçə və meydanlarında müzakirə olunur: “Bu gündəlik beynəlxalq ictimaiyyətə, o cümlədən Ermənistana gələn beynəlxalq tərəfdaşlara təqdim olunur.

Bu gün saat 09:00-da Fransa meydanına toplaşırıq və strateji müttəfiqimizə bildiririk ki, bağlı qapılar arxasında məğlub mövqedən danışan tərəf erməni xalqının iradəsini ifadə etmir, buna görə də onun bizim adımızdan hər hansı bir prosesi həyata keçirmək mandatı yoxdur”.


Müəllif: Nemət

Oxşar xəbərlər