9 İyun 2022 20:09
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb .

Teleqraf.com xəbər verir ki, yeni sanksiya siyahısına Putindən başqa, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin mətbuat katibi Dmitri Peskov, baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, daxili işlər naziri Vladimir Kolokoltsev, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev də daxil edilib .

Sanksiyalar qeyri-müəyyən müddətə tətbiq edilir.

Sanksiyalara aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması və kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması daxildir.

Daha əvvəl Zelenski bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Kremlin mövqeyinə təsir etməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər