12 İyun 2022 01:25
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada prezident seçkilərindən sonra parlament seçkilərinin birinci turu baş tutacaq.

Teleqraf.com xəbər verir ki, bu dəfə fransalılar Milli Assambleyanın (parlamentin aşağı palatası) 577 deputatını seçməli olacaqlar.

İkinci müddətə seçilən Fransa prezidenti Emmanuel Makronun soydaşlarına vəd etdiyi islahatların taleyi məhz parlamet seçkilərindən əhəmiyyətli dərəcədə asılıdır. Aşağı palata majoritar prinsip əsasında, həm ölkənin materik hissəsində, həm də onun xaricdəki departamentlərində yaradılan birmandatlı seçki dairələri üzrə səsvermə əsasında formalaşır.

Birinci turda qalib gəlmək üçün namizədin 50%-dən çox səs toplaması lazımdır. Bir qayda olaraq, az sayda siyasətçi ilk dəfə belə uğur qazana bilir. Ona görə də iyunun 19-nə seçkilərin ikinci turu təyin edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər