12 İyun 2022 11:32
2 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukraynaya hücumundan sonra görüntülərdə səhhəti şübhə altına alınan Prezident Vladimir Putinlə bağlı diqqətçəkən iddia Britaniya kəşfiyyatının keçmiş əməkdaşı Kristofer Stildən gəlib.

Teleqraf.com xəbər verir ki, Stil Putinin səhhətinin gündən-günə pisləşdiyini iddia edib.

Son həftələrdə Putinin səhhəti ilə bağlı iddialar tez-tez gündəmə gəlir və bəzi mənbələr Putinin xərçəng və ya parkinson xəstəsi olduğunu iddia edir. Bəzi rəsmilər Putinin cəmi bir neçə ay ömrünün qaldığını iddia edirdilər.

İngilis kəşfiyyatçısı deyib: “Mən Putinin 3-6 aydan çox vəzifədə qalacağına inanmıram. Onun səhhətinin pisləşdiyini göstərən əlamətlər görürəm”.

Qeyd edək ki, Putinin çərşənbə günü canlı yayımlanması planlaşdırılan illik mətbuat konfransını təxirə salınıb. Bu da prezidentin səhhətində problemlər olduğu haqda iddiaların ortaya çıxmasına səbəb olub.


Müəllif: Nemət

Oxşar xəbərlər