12 İyun 2022 10:53
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya kansleri Olaf Şolz Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə birlikdə iyunun 26-28-də keçirilməsi planlaşdırılan G7 sammitindən əvvəl Ukraynaya səfər etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.

Qəzetin yazdığına görə, Paris və Berlin bir müddətdir ki, Kiyevə birgə səfərlə bağlı danışıqlar aparır. Eyni zamanda İtaliya hökumətinin başçısına da Kiyevə birgə getmək təklifini veriblər.

Nəşrin məlumatına görə, Makron Fransada bu gün keçiriləcək parlament seçkilərindən sonra Kiyevə getmək istəyir. Şolz, Makron və Draqi səfərləri ilə Avropa Birliyinin əhəmiyyətini göstərmək istəyirlər.

Dünən Kiyevə səfəri zamanı Avropa Komissiyasının sədri Leyen Ukraynanı Avropa Birliyinə üzv olmağa çağırıb. Qəzet yazır ki, Şolz və Makronun bu təklifini dəstəkləyib-dəstəkləməməsi hələ də bəlli deyil.

Bundan başqa, üç ölkə liderinin Ukraynaya əlavə silah tədarükünü vəd etməyə hazır olub-olmaması sualı da açıq qalır.


Müəllif: Nemət

Oxşar xəbərlər