13 İyun 2022 09:14
1 651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Severodonetskdə Ukrayna Silahlı Qüvvələrinin bölmələrini şəhərin mərkəzindən uzaqlaşdırıblar, şiddətli döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən artilleriya dəstəyi ilə Severodonetsk şəhərində hücum əməliyyatları həyata keçirərək qismən uğur qazanıb, Silahlı Qüvvələrin bölmələrini şəhər mərkəzindən sıxışdırıb çıxarıb, döyüşlər davam edir”, - məlumatda deyilib.

Məlumatına görə, ruslar Donetsk istiqamətində əsas diqqətini Severodonetsk və Lisıçansk ərazilərində Ukrayna qoşunlarını mühasirəyə almaq üçün hücum əməliyyatlarına yönəldib, Baxmutdan logistika yollarını bağlayıb. Eyni zamanda, Kreminna və Starobilsk istiqamətində 80-dən çox silah və hərbi texnika, o cümlədən ağır zirehli texnika və artilleriya sistemləri daşınıb.

Rus qoşunları Slavyansk istiqamətində əsas səylərini Dolina və Boqorodiçne yaşayış məntəqələrinə hücuma etməyə yönəldib. Amma həmlə uğursuz olub. Eləcə də Ukrayna ordusu Baxmutda Viktorivka-Vrubivka və Komışuvax-Vrubivka istiqamətlərində rusların hücum əməliyyatlarını uğurla dəf ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu