13 İyun 2022 10:10
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Polşanın keçmiş xarici işlər və müdafiə naziri, Avropa Parlamentinin deputatı Radoslav Sikorskinin Ukraynaya nüvə silahının verilməsi təklifinə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Sikorskinin mesajına cavab Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodindən gəlib.

“Belə deputatlarla avropalıların bu gün qarşılaşdıqları qaçqınlardan, rekord inflyasiyadan, enerji böhranından qat-qat ciddi problemləri olacaq. Sikorski Avropanın mərkəzində nüvə müharibəsini təhrik edir. O, nə Ukrayna, nə də Polşanın gələcəyini düşünür. Onun təklifləri reallaşarsa, bu ölkələr bütün Avropa ilə birlikdə yox olacaq”, - duma sədri bildirib.

Volodin polşalı diplomatın psixi sağlamlığını da şübhə altına alıb və deyib ki, psixiatr tərəfindən müayinə olunmalıdır.

Sikorski bundan əvvəl açıqlama verərək deyib ki, müstəqilliyini bərpa etmək üçün Ukraynaya nüvə silahı verilməlidir:

“Ukraynanın 1994-cü ildə Budapeşt memorandumunun imzalanmasından sonra nüvə silahlarından imtina etdiyi bəllidir. Onda hər kəs Ukraynanın sərhədləri daxilində müstəqil bir ölkə olacağını düşünürdü. Amma Rusiya bu memorandumu pozduğuna görə hesab edirəm ki, Qərb olaraq Ukraynanı nüvə müharibəsində dəstəkləmək haqqımız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər