13 İyun 2022 14:39
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Fransa lideri Emmanuel Makronun Rusiya ilə bağlı mövqeyini tənqid edib və Moskva ilə danışıqlara qarşı çıxıb.

Teleqraf.com xəbər verir ki, Makrona xitab edən Klinton Rusiya Prezidenti Vladimir Putinin qırmızı xətti keçdiyini deyib.

“Onlar deyəndə ki, Rusiyanı aşağılamağa ehtiyac yoxdur, düzü, mənə elə gəlir ki, bu mərhələ artıq keçib. Putin qırmızı xətti çoxdan pozub”, - sabiq dövlət katibi bildirib.

Onun fikrincə, Rusiya prezidenti özünü İsveç, Baltikyanı, Skandinaviya və Şimal ölkələrinə qarşı 20 il müharibə aparmış “Böyük Pyotr” hesab edir.

Klinton dünyanı Putinin əslində kim olduğunu və məqsədlərinin nə olduğunu aydın göstərən davranış və çıxışlarına diqqət etməyə çağırıb.

O, həmçinin hesab edir ki, indi dialoq vaxtı deyil.

Bundan əvvəl Makron bildirib ki, Rusiya alçaldılmamalıdır. O, sözlərini gələcəkdə ölkələrin Moskva ilə əməkdaşlıq etməli olacağı ilə izah edib.

“Bir gün döyüşlər dayandıqda, böhrandan diplomatiya ilə çıxış yolu aça bilərik”, - Fransa prezidenti söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər